AZ

Şəmkirdə mikroavtobus su kanalına aşıb, 12 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1

Dekabrın 4-də saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə xəsarət alan 12 nəfərdən 11 nəfərə zəruri tibbi xidmətlər göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

APA xəbər verir ki, bu barədə Şəmkir Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.

Məlumata görə, 1 nəfərin (qadın) müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.

Günay Elşən

***

10.08

Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən bildirilib.

Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub.

Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

***

08:33

Şəmkir rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan “Mercedes” markalı mikroavtobus idarəetməni itirərək yol kənarındakı su kanalına aşıb.

Qəza nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobusda sürücü ilə birlikdə 23 sərnişin olub. Onların Yevlaxdan Şəmkirdə yerləşən istixanada işləməyə getdikləri bildirilib.

Əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri və Şəmkir rayon Polis şöbəsinin əməkdaşları cəlb edilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Şəmkirdə
Seçilən
30
5
apa.az

10Mənbələr