AZ

Şəmkirdə mikroavtobusun su kanalına aşması nəticəsində xəsarət alanlar olub

Şəmkirdə
Bu gün səhər saat 07:35 radələrində Şəmkir rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbəbilə 12 nəfər (11-i qadın, 1-i kişi olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. 1news.az APA-ya istinadən xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin olunub. Xəsarət alan şəxslərin müalicəsi tibb müəssisəsində davam etdirilir.

Hazırda 10 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə ağır olaraq qiymətləndirilir.

Seçilən
31
8
1news.az

10Mənbələr