İclasda Misli Premyer Liqasında 13-cü turunun bəzi oyunları ilə bağlı qərarlar verilib.
“İmişli” – “Sabah” oyununda “İmişli” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.
Qərarə əsasən, “Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 matç oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.
Həmin oyunda “Sumqayıt” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Oyunun 88-ci dəqiqəsində “Sumqayıt”ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Sumqayıt” klubu 10 min manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “Qəbələ” komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Qəbələ” komandası 500 manat cərimə edilib.