Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, iclasda Misli premyer-liqasında 13-cü turun bəzi oyunları ilə bağlı qərarlar verilib.
“İmişli” – “Sabah” oyununda meydan sahiblərinin azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə klub 3000 manat cərimə edilib.
Qərarə əsasən,“Şamaxı” – “Sumqayıt” oyununun 88-ci dəqiqəsində "şirlər"in baş məşqçisi Ayxan Abbasov rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalandırılıb, klub 2000 manat cərimə edilib.
Həmin oyunda “Sumqayıt”dan 5 nəfər sarı vərəqə aldığı üçün klub 700 manat cərimələnib.
Oyunun 88-ci dəqiqəsində "kimyaçılar"ın baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə aldığı üçün 4 oyunluq cəzalandırılıb, “Sumqayıt” 10 min manat cərimə edilib.
“Qəbələ” – “Araz-Naxçıvan” oyununun 90+4-cü dəqiqəsində “qırmızı-qaralar"ın futbolçusu Murad Musayev ikici "sarı"dan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalandırılıb, “Qəbələ” 500 manat cərimə edilib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta