AZ

AFFA Ayxan Abbasovu və bu klubları cərimələdi

“Şamaxı"nın baş məşqçisi Ayxan Abbasov cəzalandırılıb.

Modern.az xəbər verur ki, bu barədə AFFA məlumat yayıb.

A.Abbasov Misli Premyer Liqasının XIII turunda baş tutan "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində rəqib komandanın texniki zonasına aqressiv şəkildə daxil olduğuna görə cəzalandırılıb. Baş məşqçi 1 oyunluq diskvalifikasiya edilib, "Şamaxı" isə 2000 manat cərimələnib.

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Şamaxı" – "Sumqayıt" oyununda "Sumqayıt" komandasında 5 nəfər sarı vərəqə aldığı üçün "Sumqayıt" komandası 700 manat cərimə edilib;

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Şamaxı" – "Sumqayıt" oyununun 88-ci dəqiqəsində "Sumqayıt" komandasının baş məşqçisi Saşa İliç rəqib komandanın texniki zonasına qeyri etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə ilə cəzalandığı üçün 4 oyun oyuna buraxılmasın, "Sumqayıt" komandası 10000 manat cərimə edilib;

29.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "İmişli" – "Sabah" oyununda "İmişli" komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə "İmişli" komandası 3000 manat cərimə edilib;

30.11.2025-ci il tarixində Misli Premyer Liqasında XIII turun "Qəbələ" – "Araz-Naxçıvan" oyununun 90+4-cü dəqiqəsində "Qəbələ" komandasının 28 nömrəli futbolçusu Murad Musayev ikici sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, "Qəbələ" komandası 500 manat cərimə edilib.

Seçilən
63
16
modern.az

10Mənbələr