AZ

SOCAR bu işi üzərinə götürdü

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

KONKRET.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.

Bildirilib ki, şirkətlər aeroportu yanacaqla təchiz edəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaratmağı nəzərdə tutur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Bu il sentyabrın 6-da SOCAR və “UCC Holding” Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan anlaşma memorandumları imzalayıb.

Seçilən
34
26
konkret.az

10Mənbələr