AZ

SOCAR Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.

SOCAR-ın məlumatına görə, sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.

Qeyd edək ki, cari ilin 6 sentyabr tarixində SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.

Seçilən
34
26
vergiler.az

10Mənbələr