SOCAR ilə “UCC Holding” arasında Dəməşq Hava Limanına yanacaq təchizatı üzrə Anlaşma Memorandumu imzalanıb.BAKU.NEWS bu barədə SOCAR-a istinadla xəbər verir.Sənədə əsasən, şirkətlər tərəfindən Dəməşq Hava Limanına aviasiya yanacağının təchizatını həyata keçirəcək və zəruri infrastrukturu təmin edəcək birgə müəssisənin yaradılması nəzərdə tutulur. Birgə müəssisədə SOCAR-ın rolu yanacaq təchizatı əməliyyatlarına texniki dəstək göstərmək və aviasiya yanacağının təchizatını təmin etmək olacaq.Qeyd edək ki, cari ildə 6 sentyabr tarixində SOCAR ilə “UCC Holding” arasında Suriyada və beynəlxalq enerji bazarlarında uzunmüddətli əməkdaşlığı nəzərdə tutan Anlaşma memorandumları imzalanıb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta


