Azərbaycan çempionatlarında (Misli Premyer Liqası, 1-ci liqa, 2-ci liqa) noyabr ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.
QOL.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.
Misli Premyer Liqasının ən yaxşı qolunu vuran "Zirə"nin oyunçusu Leroy Mikels olub. 11 münsifdən 10-u məhz 30 yaşlı vingerə səs verib.
1-ci liqada Seymur Məmmədovun, 2-ci liqada isə Ceyhun Rəcəblininqolları ən yaxşı adına layiq görülüb.