AZ

Azərbaycanda ayın ən yaxşı qollarının müəllifləri məlum oldu

Azərbaycan çempionatlarında (Misli Premyer Liqası, 1-ci liqa, 2-ci liqa) noyabr ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.

İdmanxeber.az xəbər verir ki, bu barədə PFL məlumat yayıb.

Misli Premyer Liqasının ən yaxşı qolunu vuran “Zirə”nin oyunçusu Leroy Mikels olub. 11 münsifdən 10-u məhz 30 yaşlı vingerə səs verib. Mikels 10-cu turun “Karvan-Yevlax”la matçında fərqlənmişdi.

1-ci liqada Seymur Məmmədovun (“Mingəçevir”), 2-ci liqada isə Ceyhun Rəcəblinin (“Şəmkir”) qolları ən yaxşı adına layiq görülüb. 

Seçilən
16
3
idmanxeber.az

4Mənbələr