Ölkə çempionatlarında (Misli premyer-liqası, 1-ci liqa, 2-ci liqa) noyabr ayının ən yaxşı qollarının müəllifləri müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Misli premyer-liqasının ən yaxşı qolunu vuran "Zirə"nin oyunçusu Leroy Mikels olub. 11 münsifdən 10-u məhz 30 yaşlı vingerə səs verib. Mikels 10-cu turun "Karvan-Yevlax"la matçında fərqlənmişdi.
1-ci liqada Seymur Məmmədovun (Mingəçevir), 2-ci liqada isə Ceyhun Rəcəblinin ("Şəmkir") qolları ən yaxşı adına layiq görülüb.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta