AZ

Rəsmi Tbilisi ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin dəyişəcəyinə ümid edir

Tbilisi, 5 dekabr, AZƏRTAC

Biz ABŞ hakimiyyətinin Gürcüstana münasibətinin müsbətə doğru dəyişəcəyinə ümid edirik.

AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

O deyib ki, rəsmi Tbilisi ABŞ-ın mövqeyinin dəyişəcəyəni səbirlə gözləyir. “Biz ümid edirik ki, 2024-cü ilədək Gürcüstana münasibətdə mövcud olmuş tamamilə kobud və ədalətsiz münasibət dəyişəcək. Biz bəyanatlar vermişik və cavabı gözləyirik. Hərəkətlərimiz cavaba uyğun olacaq”, - deyə Kobaxidze bildirib.

Qeyd edək ki, ABŞ Gürcüstanla strateji tərəfdaşlığı ötən ilin noyabrın 30-da dayandırıb. Vaşinqton bu qərarı Gürcüstan hökumətinin Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini açıqlayandan sonra qəbul edib.

Gürcüstan hökuməti ABŞ ilə strateji tərəfdaşlığı konkret yol xəritəsi əsasında bərpa etməyə hazır olduğunu dəfələrlə bəyan edib.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Seçilən
57
3
azertag.az

4Mənbələr