Bakı. Trend:
Fransadakı İl-Lonq hərbi bazası üzərində beş naməlum dronmüşahidə edilib və ölkənin hərbi prokurorluğu insidentlə bağlıaraşdırmaya başlayıb.
Trend xəbər verirki, bu barədə "Agence-France-Presse" məlumat yayıb.
Bildirilir ki, dronlar axşam saatlarında hərbi bazanın üzərindənuçublar. Obyektin mühafizəsinə cavabdeh olan Dəniz PiyadalarıBatalyonu dronları vurmağa cəhd göstərib.
Qeyd edək ki, Bretan yarımadasında yerləşən İl-Lonq bazası 120dəniz jandarmı tərəfindən qorunan strateji hərbi obyekt sayılır.Həmin bazada yerləşən sualtı qayıqlar nüvə silahı daşıyır.