ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Fransadakı İl-Lonq hərbi bazası üzərində beş naməlum dron müşahidə edilib və ölkənin hərbi prokurorluğu insidentlə bağlı araşdırmaya başlayıb.
Trend xəbər verir ki, bu barədə "Agence-France-Presse" məlumat yayıb.
Bildirilir ki, dronlar axşam saatlarında hərbi bazanın üzərindən uçublar. Obyektin mühafizəsinə cavabdeh olan Dəniz Piyadaları Batalyonu dronları vurmağa cəhd göstərib.
Qeyd edək ki, Bretan yarımadasında yerləşən İl-Lonq bazası 120 dəniz jandarmı tərəfindən qorunan strateji hərbi obyekt sayılır. Həmin bazada yerləşən sualtı qayıqlar nüvə silahı daşıyır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.