Dekabrın 5-də, axşam saatlarında Fransadakı İl-Lonq hərbi bazası üzərində 5 naməlum dron müşahidə edilib.
Publika.az Fransa mediasına istinadən xəbər verir ki, ölkənin hərbi prokurorluğu hadisə ilə bağlı araşdırmaya başlayıb.
Bildirilir ki, dronlar axşam saatlarında hərbi bazanın üzərindən uçublar. Obyektin mühafizəsinə cavabdeh olan Dəniz Piyadaları Batalyonu dronları vurmağa cəhd göstərib.