AZ

Hakan Fidan: Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür

“Dolald Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür”.

“İki sahil” xəbər verir ki,  bu fikirləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Dohada keçirilən 23-cü "Doha Forumu"nda çıxışı zamanı səsləndirib. Nazir, Türkiyənin ilk növbətə Ukraynada atəşkəs tələb etdiyini bildirib: “Avrasiya bölgəsində bir çox çətinliklərlə üz-üzəyik. Ukraynada, eləcə də Qəzzada vəziyyət gərgin olaraq qalır. Suriyada isə proseslər müəyyən qədər yoluna düşməyə başlayıb.

Trampın həyata keçirmək istədiyi siyasət Türkiyənin maraqları ilə üst-üstə düşür. Biz birinci növbədə Ukraynada atəşkəs istədik. Yaşananlardan çox ağır dərslər çıxardıq. Regionumuzda baş verən hadisələrdə vasitəçilik etməklə insanların üzləşdiyi çətinlikləri yüngülləşdirmiş oluruq”, - deyə Hakan Fidan qeyd edib.

Seçilən
54
50
ikisahil.az

10Mənbələr