AZ

“Trampın etmək istədikləri Türkiyənin maraqlarına uyğundur“ Hakan Fidan

ain.az, Moderator.az saytına istinadən bildirir.

"Trampın etmək istədikləri Türkiyənin maraqları ilə uyğunluq təşkil edir".

Moderator.az-ın Türkiyə KİV-ə istinadən xəbərinə görə, bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan Qətər Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə təşkil edilən 23-cü Doha forumunda çıxışı zamanı deyib.

"Suriyada böhran başladığı zaman Türkiyə "açıq qapı" siyasətini qəbul etdi. Nəticədə çox sayda suriyalı müharibədən qaçaraq sərhəd qapılarımıza gəldi. Bu siyasətimiz humanitar məqsədlərə xidmət etmiş oldu. Ukrayna, Qəzza və Suriyada işlər, deyəsən, yoluna düşməkdədir. Hazırda vasitəçilik səyləri çərçivəsində Trampın etmək istədikləri Türkiyənin maraqları ilə uyğundur, əslində. Biz Ukraynada və Qəzzada atəşkəs istədik. Biz Suriyada sabitlik istədik. Çünki insanların yaşadıqları dərdləri bu şəkildə yüngülləşdirmiş olduq", - deyə Hakan Fidan bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
88
50
moderator.az

10Mənbələr