AZ

Hakan Fidandan XƏBƏRDARLIQ: "Münaqişənin coğrafiyası genişlənir"

"Ankara Qara dənizdə gəmilərə edilən hücumlarla bağlı Moskva və Kiyevə narahatlıqlarını bildirib".

Publika.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Qətərin paytaxtı Doha şəhərində keçirilən forumda bildirib.

Diplomat hadisələri ölkə üçün "çox həssas məsələ" adlandırıb. O qeyd edib ki, ölkəsi gəmiçiliyə hücum edilməsini istəmir.

"Biz əvvəldən xəbərdarlıq etmişik. Çünki bu, münaqişənin eskalasiyası, onun coğrafi genişlənməsidir", - deyə Fidan bildirib.

Seçilən
64
50
publika.az

10Mənbələr