Macarıstanın baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin rəhbəri Burhaneddin Duran dekabrın 7-də "NSosyal" platformasında məlumat verib.
Məlumatda bildirilir ki, səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.
Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.
Səfər çərçivəsində iki ölkə arasında münasibətlər bütün aspektləri üzrə ətraflı müzakirə olunacaq, ikitərəfli münasibətlərin müqavilə-hüquqi bazasının möhkəmləndirilməsinə yönəlmiş bir sıra sazişlərin imzalanması planlaşdırılır.
"Cebheinfo.az"