AZ

Orban Türkiyəyə gedir

Macarıstanın Baş naziri Viktor Orban dekabrın 8-də Türkiyəyə səfər edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məlumat verib.

Səfər Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq. Macarıstan nümayəndə heyəti Türkiyə-Macarıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasında iştirak edəcək.

Səfər zamanı iki ölkə arasındakı münasibətlər bütün aspektlərdə hərtərəfli nəzərdən keçiriləcək və ikitərəfli münasibətlərin hüquqi çərçivəsinin gücləndirilməsinə yönəlmiş bir sıra müqavilələrin imzalanması planlaşdırılır.

Seçilən
36
21
unikal.az

10Mənbələr