AZ

Emin Əmrullayevə Gürcüstanda Fəxri doktor adı verildi FOTO

ain.az bildirir, Bakivaxti portalına istinadən.

Dekabrın 5-də elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanın qabaqcıl ali təhsil müəssisələrindən olan Tbilisi Dövlət Universiteti və Gürcüstan Texniki Universitetinə səfər edib. 

Bakıvaxtı.az xəbər verir ki, Emin Əmrullayev Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adı ilə təltif olunub.

Qeyd edək ki, Emin Əmrullayevin Gürcüstana səfəri çərçivəsində bu ölkənin təhsil, elm və gənclər naziri Givi Mikanadze ilə görüşü olub. 

Görüşdə elm və təhsil sahəsində əməkdaşlıq, universitetlərarası və STEAM üzrə əlaqələrin genişləndirilməsi, hər iki ölkədə Azərbaycan və gürcü dillərinin tədrisinin davam etdirilməsi, elmlə bağlı birgə layihələr və digər məsələlər müzakirə edilib. 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
7
bakivaxti.az

10Mənbələr