AZ

Mbappe ilə bağlı Real a pis XƏBƏR

Milli.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Real Madrid"in hücumçusu Kilian Mbappe La Liqanın 15-ci turunda "Selta"ya qarşı keçirilən qarşılaşmada (0:2) zədə alıb.

Milli.Az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı ulduz futbolçu matçın birinci hissəsinin sonlarında müdafiəçi Oskar Minqesa ilə toqquşma nəticəsində sol əlindəki adsız barmağını sındırıb.

Məlumata görə, bu zədə Mbappenin dekabrın 10-da Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda "Mançester Siti" ilə oyunda iştirakına mane olmayacaq.

Qeyd edək ki, Mbappe cari mövsümdə "Real Madrid"in heyətində bütün turnirlər üzrə 21 matçda meydana çıxaraq 25 qol və 4 assistlə yadda qalıb.

Hüseyn

Milli.Az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
17
47
news.milli.az

10Mənbələr