AZ

Mbappe "Real"dan inanılmazı istədi

"Real Madrid"in La Liqada "Selta Vigo"ya 0-2 hesablı ağır məğlubiyyətində Kilian Mbappenin meydandakı narazılığı diqqətdən kənarda qalmayıb. Metbuat.az xəbər verir ki, futbolçu heyətin düzgün qurulmadığını hesab edir. "Real Madrid"in soyunma otağına yaxın mənbələrə görə, Mbappe rəhbərliyin heyət quruculuğunda səhvlərə yol verdiyini irəli sürüb. İddialara görə, Mbappe komanda yoldaşlarının bəzi intizamsız davranışlarından və məşqçi Xabi Alonsonun təkrarlanan problemləri həll edə bilməməsindən məyus olub. "Selta Vigo" ilə matçda Arda Güler oyuna ikinci hissədə daxil olub. Mbappenin iddiasına görə, Ardanın səylərinə baxmayaraq, komandanın yarımmüdafiəsində hücum xəttini qidalandırmaq üçün Kroos tipli liderlik edən oyunçu yoxdur.

Ardanın istedadına hörmətlə yanaşan fransız oyunçu mövcud böhranın daha təcrübəli və dominant oyunçu ilə həll edilə biləcəyini ifadə edib. Fransız ulduz iddia edir ki, keçmiş komandası PSJ-nin futbolçusu Vitinhanın transferi yarımmüdafiədəki böhranı həll edə bilər.

Seçilən
16
1
metbuat.az

10Mənbələr