AZ

Real da Mbappe böhranı

ain.az, Metbuat saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Real Madrid”in futbolçusu Kilian Mbappe Çempionlar Liqasının Liqa mərhələsində "Mançester Siti" ilə oyunda iştirak etməyə bilər.

Metbuat.az xəbər verir ki, futbolçu zədə səbəbilə “Santyaqo Bernabeu”da keçirilən açıq məşqdə iştirak etməyib. Mbappe ilə yanaşı yarımmüdafiəçi Eduardo Kamavinqa da məşqdə yer almayıb. Alonso oyundan əvvəlki mətbuat konfransında Mbappenin zədəsindən bəhs etməsə də, bəzi dairələr Mbappenin oyunda iştirak etməyəcəyini və ya start heyətdə yer almayacağını irəli sürüb. Məlumata görə, Mbappenin adı matçın ümumi heyətində daxil edilib.

Qeyd edək ki, “Real Madrid”in "Mançester Siti" ilə oyunu üçün açıqlanan ehtimal edilən start heyətində Mbappenin adına yer verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
metbuat.az

10Mənbələr