Kilian Mbappe Çempionlar Liqasının liqa mərhələsinin 6-cı turu çərçivəsində “Real”ın “Mançester Siti” ilə baş tutacaq matçında meydanda olacaq.
QOL.az xəbər verir ki, klub bu barədə məlumat yayıb. Beləliklə, zədəli olmasına baxmayaraq fransalı forvardın adı iştirak ərizəsinə daxil edilib.
Xatırladaq ki, Mbappenin La Liqada “Selta”ya qarşı (0:2) oyunda sol əl barmağını sındırdığı və bu səbəbdən oyundan öncəki məşqi buraxdığı bildirilmişdi.
Qeyd edək ki, qarşılaşma bu gün Madridin “Santyaqo Bernabeu” stadionunda baş tutacaq. Hazırda “Real” 12 xalla turnir cədvəlində 6-cı, 10 xala malik “Mançester Siti” isə 12-ci pillədə qərarlaşıb.