İspaniyanın “Real Madrid” komandasının hücumçu Kilian Mbappenin “Mançester Siti” ilə Çempionlar Liqası oyununda iştirakı hələ də qeyri-müəyyəndir.
İdman.Biz xəbər verir ki, jurnalist Alvaro Estebanın məlumatına əsasən, Alonso dünən komandanın yekun heyətini elan etməyib. Məşqçi Mbappenin matça qədər tam hazır olub-olmayacağını dəqiqləşdirməyi gözləyir.
Bununla yanaşı, “Marca” yazır ki, Mbappenin oynamaması ehtimalı gerçəkliyə çevrilərsə, Xabi Alonso “Endrik planı”nı işə sala bilər. Belə olan halda braziliyalı gənc hücumçu “Siti” ilə kritik qarşılaşmada start heyətində meydana çıxacaq. Klub daxilində Endrikin fiziki hazırlığı və dinamizmi yüksək qiymətləndirilir və bu addım yalnız “tam zəruri hal” yaranarsa tətbiq ediləcək.
Gərginlik fonunda Mbappenin son vəziyyəti hələ də klub daxilində əsas müzakirə mövzusudur. Onun oynayıb-oynamaması həm heyət seçimini, həm də qarşılaşmanın ümumi taktiki planını müəyyən edəcək.