AZ

“Real Madrid”in hücumçusu Kilian Mbappe “Mançester Siti”yə qarşı oynayacaq

İspaniyanın “Real Madrid” komandasının hücumçu Kilian Mbappe Çempionlar Liqasında “Mançester Siti” ilə keçiriləcək qarşılaşma üçün komandanın iştirak ərizəsinə daxil edilib.

İdman.Biz xəbər verir ki, ulduz futbolçunun durumuna dair son günlər qeyri-müəyyənlik olsa da, Mbappe adının UEFA-ya təqdim olunan siyahıda yer alması onun oyunda iştirak ehtimalını artırıb.

Baş məşqçi qərarı matç saatına yaxın verəcək. Klubdan bildirilib ki, Mbappe özünü yaxşı hiss edir və lazım gələrsə meydana çıxmağa hazır olacaq.

İdman.Biz

Seçilən
17
1
idman.biz

10Mənbələr