
“Ukraynada prezident seçkiləri keçirməyin vaxtıdır”.
Missiya.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Politico”ya müsahibəsində deyib.
"Uzun müddətdir ki, işlər yaxşı getmir. Düşünürəm ki, indi Ukraynada seçki keçirmək vaxtıdır. Onlar seçkilərdən yayınmaq üçün müharibədən istifadə edirlər, lakin Ukrayna xalqının bu seçimi olmalıdır", - deyə siyasətçi bildirib.
Tramp Zelenskinin seçkidə qalib gələ biləcəyini etiraf edib, lakin ölkədə çoxdandır seçki keçirmədiyini qeyd edib:
"Bilirsiniz, onlar demokratiyadan danışırlar, lakin hər şey onun artıq demokratik insan olmadığı qənaətinə doğru gedir", - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az