Ajans.az xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb. “Zelenski realist olmalıdır. Mən təəccüblənirəm ki, Ukraynada uzun müddətdir seçki keçirilmir”, - Tramp bildirib.
“Onlar istəyirlər ki, razılaşma bağlansın. Mən bunu anlayıram. Hər həftə minlərlə insan itirirlər. Onlar bu müharibənin bitməsini istəyirlər”. ABŞ Prezidenti həmçinin bir daha vurğulayıb ki, Ukraynadakı müharibənin başa çatdırılmasının vaxtı çatıb.
“Bu müharibəyə son qoymağın zamanı yetişib və məncə, bunu həll etmək mümkündür. Amma tanqo üçün iki nəfər lazımdır”, - deyə Tramp vurğulayıb.