AZ

Tramp Zelenskini “realist olmağa” çağırıb

ABŞ Prezidenti Donald Tramp bir daha Ukraynada seçkilərin keçirilməsinin zəruriliyindən danışıb.

APA xəbər verir ki, bu barədə "Clash Report" məlumat yayıb.

“Zelenski realist olmalıdır. Mən təəccüblənirəm ki, Ukraynada uzun müddətdir seçki keçirilmir”, - Tramp bildirib.

Onun sözlərinə görə, guya ukraynalıların 82 faizi Rusiya ilə sülh sazişinin imzalanmasını tələb edir:

“Onlar istəyirlər ki, razılaşma bağlansın. Mən bunu anlayıram. Hər həftə minlərlə insan itirirlər. Onlar bu müharibənin bitməsini istəyirlər”.

ABŞ Prezidenti həmçinin bir daha vurğulayıb ki, Ukraynadakı müharibənin başa çatdırılmasının vaxtı çatıb.

“Bu müharibəyə son qoymağın zamanı yetişib və məncə, bunu həll etmək mümkündür. Amma tanqo üçün iki nəfər lazımdır”, - deyə Tramp vurğulayıb.

Seçilən
42
3
apa.az

10Mənbələr