AZ

Tramp: Ukraynada korrupsiya geniş yayılıb, seçkilərin olmaması demokratiya ilə bağlı suallar yaradır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Ukraynada korrupsiya çox ciddi problemə çevrilib və ölkədə uzun müddətdir seçkilərin keçirilməməsi demokratiya barədə suallar doğurur.

APA xəbər verir ki, O, bunu Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Ukraynada korrupsiya kütləvi xarakter daşıyır. Mən düşünürəm, onlar nə vaxt seçki keçirəcək? Demokratiyadan danışırlar, amma ölkədə uzun müddətdir seçki olmayıb”, - Tramp qeyd edib.

ABŞ lideri həmçinin əlavə edib ki, Vaşinqton yaxın həftəsonu Avropada Ukrayna münaqişəsinin həlli ilə bağlı keçiriləcək görüşdə iştirak edə bilər.

Onun sözlərinə görə, bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edə bilər.

Seçilən
13
32
apa.az

10Mənbələr