ABŞ prezidenti Donald Tramp uzun müddətdir Ukraynada seçkilərin keçirilməməsinin narahatlıq doğurduğunu bəyan edib.
Trampın sözlərinə görə, Kiyev rəhbərliyi siyasi proseslə bağlı daha “realist” mövqe nümayiş etdirməlidir.
“Zelenski realist olmalıdır. Mənə çox maraqlıdır ki, onlar seçki keçirməzdən əvvəl nə qədər gözləməlidirlər. Ukrayna xalqının 82 faizi barışıq istəyir”, – Tramp qeyd edib.
Ukraynada hərbi vəziyyət səbəbilə 2024-cü ildə prezident və parlament seçkiləri təxirə salınıb. ABŞ daxilində bir sıra siyasətçilər Vaşinqtonun Kiyevə dəstəyinin davam etdirilməsi fonunda ölkədə siyasi legitimliyin möhkəmləndirilməsi məsələsini gündəmə gətirirlər.
Trampın açıqlaması onun siyasətinə dair mümkün dəyişikliklərlə bağlı müzakirələrin getdiyi bir vaxtda səslənib.
Aytac