Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonun Avropa Həmrəyliyi partiyasının üzvü İrina Geraşenko ABŞ prezidenti Donald Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqla Ukraynada seçkilərin keçirilməsi məsələsini müzakirə edib.
Newscenter.az TASS-a istinadən bildirir ki, görüş Vaşinqtondakı Ukrayna səfirliyində keçirilən qəbul zamanı baş tutub. Kelloqdan başqa ABŞ-ın Avropadakı keçmiş komandanı Ben Hodces də müzakirədə iştirak edib.
"Ukraynada seçkilərin keçirilməsinin mümkünlüyü və korrupsiya ilə bağlı çoxlu suallar var. Zelenski parlamentlə görüşməli, seçkiləri və sülh planını müzakirə etməlidir", - deyə Geraşenko bildirib.
Qeyd edək ki, Zelenskinin prezidentlik müddəti rəsmən 2024-cü il mayın 20-də başa çatıb. Dekabrın 9-da Tramp Ukraynada seçkilərin keçirilməsinin vaxtının çatdığını bəyan edib. O qeyd edib ki, Kiyev seçki keçirməkdən yayınmaq üçün münaqişədən istifadə edir.
Süleyman