UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb. Metbuat.az-ın məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.***22:26UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.Metbuat.az-ın məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.***21:57UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.Metbuat.az-ın məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb.***21:46UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb.Metbuat.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.