AZ

“Qarabağ”ın ŞOK məğlubiyyətinə bu oyunçular səbəbkar imiş... VİDEO

"Qarabağ" Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Bakıda "Ayaks"ı qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşən matç qonaqların qələbəsi ilə bitib - 4:2.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb.

Qonaqlardan Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib. 47-ci dəqiqədə Mateus Silva yenidən "Qarabağ"ı hesabda önə keçirib.

"Ayaks"ın heyətində 79-cu dəqiqədə Oskar Qlux, 83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb. Oskar Qlux 90-cı dəqiqədə fərqlənməklə dubl müəllifi olub.

Beləcə, Niderland klubu Liqa mərhələsində ilk qələbəsini qazanıb.

"Qarabağ"ın şok yenilgisi "Sportinfo TV"də yayımlanan "Avropa Həftəsi"ndə geniş müzakirə olunub.

Verlişin aparıcısı Xanoğlan İmanov və millinin sabiq hücumçusu Nadir Nəbiyev "köhlən atlar"ı məğlubiyyətinin səbəblərini açıqlayıb.

 

Seçilən
51
1
sitat.info

10Mənbələr