AZ

Çempionlar Liqası: “Qarabağ” “Ayaks”a məğlub olub YENİLƏNİB 6

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei "Qarabağ"ın qapısına yol tapıblar.

Bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 21-ci, "Ayaks" isə 3 xalla 33-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.

23:27

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda beşinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 83-cü dəqiqəsində rəqibin heyətində Anton Qay “Ayaks”ı önə keçirib - 3:2.

23:21

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda dördüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 78-ci dəqiqəsində Oskar Qlux hesabı bərabərləşdirib - 2:2.

22:52

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda üçüncü qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 47-ci dəqiqəsində Mateus Silva komandamızı önə keçirib - 2:1.

22:29

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda ikinci qol vurulub.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan matçın 39-cu dəqiqəsində rəqibin heyətində Kasper Dolberq diqqət mərkəzinə düşüb.

Hazırda hesab bərabərdir - 1:1.

21:57

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyunda hesab açılıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüşün 10-cu dəqiqəsində komandamızın heyətində Kamilo Duran fərqlənib - 1:0.

21:45

Bakıda UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində keçirilən “Qarabağ” və “Ayaks” (Niderland) komandaları arasındakı oyun başlayıb.

AZƏRTAC xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda təşkil olunan görüş saat 21:45-də start götürüb.

Qarşılaşmanı Sloveniyadan olan baş hakim Rade Obrenoviç idarə edir.

Seçilən
81
5
yeniazerbaycan.com

10Mənbələr