AZ

Çempionlar Liqası: “Qarabağ” Bakıda “Ayaks”a məğlub oldu -YENİLƏNİB, VİDEO/ FOTO

"Qarabağ" UEFA Çempionlar Liqasında növbəti oyununu keçirib.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edib.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

 

Görüşdə hesabı 10-cu dəqiqədə Ağdam klubunun hücumçusu Kamilo Duran açıb. Amsterdam təmsilçisi 39-cu dəqiqədə Kasper Dolberqin qolu ilə tarazlığı bərpa edib. İlk hissə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

İkinci yarıya da sürətli başlayan "Qarabağ" 47-ci dəqiqədə yenidən hesabda önə keçib. Bu dəfə Mateus Silva fərqlənib. Buna baxmayaraq, Azərbaycan təmsilçisi qələbə hesabını qoruyub saxlaya bilməyib. 79 və 90-cı dəqiqələrdə Oskar Qlux, 83-cü dəqiqədə isə Anton Qoei "Qarabağ"ın qapısına yol tapıblar.

Bu nəticədən sonra turnir cədvəlində "Qarabağ" 7 xalla 22-ci, "Ayaks" isə 3 xalla 34-cü pillədə qərarlaşıb. 

Qeyd edək ki, "Qarabağ" Çempionlar Liqasında növbəti oyununu 2026-cı il yanvarın 21-də Bakıda Almaniyanın "Ayntraxt" komandasına qarşı keçirəcək.


**10:18


"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

 

Senzor.az bildirir ki, Azərbaycan çempionu Liqa mərhələsinin VI turunda Bakıda Niderlandın "Ayaks" klubunu qəbul edəcək.

 

Tofiq Bəhramov adına Respublika stadionunda reallaşacaq qarşılaşma saat 21:45-də başlayacaq. Matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Xalı olmayan "Ayaks" isə sonuncu - 36-cıdır.

Seçilən
63
5
senzor.az

10Mənbələr