AZ

“Qarabağ” “Ayaks”a qarşı: Niderlandlılar hesabda irəli keçdi - Canlı - Yenilənir

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyunu start götürüb...

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda beşinci qol vurulub.

Bu dəfə qonaqlar hesabda önə keçib - 3:2.

83-cü dəqiqədə Anton Qoei adını tabloya yazdırıb.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda dördüncü qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar yenidən hesabı bərabərləşdiriblər - 2:2.

Oskar Qlux 79-cu dəqiqədə fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda növbəti qol vurulub.

Azərbaycan təmsilçisi yenidən hesabda önə keçib - 2:1.

47-ci dəqiqədə Mateus Silva fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ilk hissə başa çatıb.

"Report"un məlumatına görə, komandalar fasiləyə bərabərliklə yollanıblar - 1:1.

Azərbaycan təmsilçisinin heyətində Kamilo Duran 10-cu dəqiqədə hesabı açıb. Qonaqlarda Kasper Dolberq 39-cu dəqiqədə tarazlığı bərpa edib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda ikinci qol vurulub.

"Report"un məlumatına görə, qonaqlar hesabı bərabərləşdirib - 1:1.

Kasper Dolberq 39-cu dəqiqədə fərqlənib.

***

UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun "Qarabağ" - "Ayaks" (Niderland) oyununda hesab açılıb.

"Report"un məlumatına görə, matçda ilk qolu Azərbaycan təmsilçisi vurub.

10-cu dəqiqədə Kamilo Duran adını tabloya yazdırıb

***

Tofiq Bəhramov adına Respublika stadionundakı matçı sloveniyalı FIFA referisi Rade Obrenoviçin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Azərbaycan klubu hazırda turnir cədvəlində 7 xalla 21-ci pillədə qərarlaşıb. Əvvəlki beş qarşılaşmanın hamısında məğlub olan qonaqlar sonuncu - 36-cıdır.

Poliqon.info

Seçilən
6
18
poliqon.info

10Mənbələr