AZ

Könül Vəlibəylinin qızının vəziyyətiNECƏDİR?

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bu barədə Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

"Pasiyentin vəziyyəti stabil-ağır olaraq qalır. Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir", - məlumatda bildirilib.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Seçilən
18
13
redaktor.az

10Mənbələr