Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.
"Yeni Sabah" APA-ya istinadla xəbə verir ki, Yeni klinikanın Mətbuat xidmətindən pasiyentin vəziyyətinin stabil-ağır olaraq qaldığı bildirilib:
"Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir".
Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.
Telegram kanalımız