AZ

Könül Vəlibəylinin qızının son vəziyyəti

Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş verən yanğında xəsarət alan Ləman Qulamovanın son vəziyyəti açıqlanıb.

Milli.Az xəbər verir ki, "Yeni Klinika"dan Oxu.Az-a verilən məlumata görə, 2000-ci il təvəllüdlü L.Qulamovanın Reanimasiya şöbəsində müalicəsi davam etdirilir.

Məlumatda qeyd olunub ki, pasiyentin vəziyyəti stabil ağır olaraq qalır:

"Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir".

Qeyd edək ki, Ləman Qulamova Milli Geyim Evinin rəhbəri, sözügedən yanğında həlak olan Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Hadisə zamanı üç nəfər həlak olub, 20 nəfər tüstüdən zəhərlənib.

Milli.Az

Seçilən
13
17
milli.az

10Mənbələr