AZ

Yasamalda yanğında həlak olan Könül Vəlibəylinin qızının vəziyyəti açıqlandı

Noyabrın 21-də Yasamal rayonu, M.Seyidov küçəsində yerləşən yaşayış binasında baş vermiş yanğında xəsarət almış 2000-ci il təvəllüdlü Ləman Qulamovanın vəziyyəti açıqlanıb.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya Yeni klinikanın Mətbuat xidmətindən məlumat verilib.

Qeyd edilib ki, pasiyentin vəziyyəti stabil-ağır olaraq qalır. Xəstənin müalicə tədbirləri planlı şəkildə davam etdirilir.

Qeyd edək ki, Ləman Qulamova sözügedən yanğında həlak olan Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır.

Xatırladıq ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Seçilən
18
13
heftelik.az

10Mənbələr