Naxçıvan, 12 dekabr, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Onlardan səkkizində dəm qazına xas olan əlamətlər müşahidə edilib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.
O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda xəstə yoxdur.
19:04
Babək rayonunun Kültəpə kəndində yas mərasimində kütləvi zəhərlənmə baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.