ain.az, Demokrat.az portalına istinadən məlumat verir.
Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olan 23 qadın evə buraxılıb.Bu barədə "Report"un yerli bürosuna açıqlamasında Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.18:52Naxçıvan Muxtar Respublikasında (MR) 20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib."Report"un yerli bürosunun məlumatına görə, hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.İlkin məlumata görə, 20-dən çox şəxs dəm qazından zəhərlənib. Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.