AZ

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirildi

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunan xarici dövlətlərin Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa dair toplantı keçirilib.

Bu barədə Publika.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sözügedən toplantıda 28 ölkəni təmsil edən 41 nümayəndə iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıb.

O bildirib ki, Azərbaycan bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü bərpa etməyib, həm də beynəlxalq sülhə öz töhfəsini verib və tarixi ədaləti bərpa edib. Əlavə olaraq, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi bir daha vurğulanıb.

Seçilən
16
22
publika.az

10Mənbələr