AZ

Hərbi attaşelərlə cari ilin yekununa dair TOPLANTI KEÇİRİLDİ

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycanda akkreditə olunan xarici dövlətlərin Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa dair toplantı keçirilib. Ajans.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən toplantıda 28 ölkəni təmsil edən 41 nümayəndə iştirak edib. Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışıb. O bildirib ki, Azərbaycan bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü bərpa etməyib, həm də beynəlxalq sülhə öz töhfəsini verib və tarixi ədaləti bərpa edib. Əlavə olaraq, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi bir daha vurğulanıb. Toplantıda 2025-ci il ərzində Azərbaycanda hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, Azərbaycanın müxtəlif bölgələrində, eyni zamanda işğaldan azad edilmiş rayonlarda bərpa, yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıq məqsədilə təşkil edilən səfərlər barədə bir daha geniş məlumat verilib.

Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

Seçilən
19
31
Ajans.az

10Mənbələr