AZ

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində Azərbaycan Respublikasında akkreditə olunan xarici dövlətlərin Hərbi Attaşelik Aparatlarının əməkdaşları ilə cari ilin yekununa dair toplantı keçirilib.

Müdafiə Nazirliyinfən “Poliqon”a verilən məlumata görə, sözügedən toplantıda 28 ölkədən 41 nəfər nümayəndə iştirak edib.

Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi polkovnik Elçin Abdullayev çıxışı zamanı 44 günlük Vətən müharibəsində qazanılan Qələbədən danışaraq bildirib ki, Azərbaycan Respublikası bu Zəfər ilə tək suverenliyini və ərazi bütövlüyünü bərpa etmədi, həm də beynəlxalq sülhə öz töhfəsini verdi və tarixi ədaləti bərpa etdi. Əlavə olaraq, Azərbaycanın Vətən müharibəsindəki Qələbəsinin təkcə Azərbaycan və Ermənistan xalqları üçün deyil, həm də beynəlxalq ictimaiyyət üçün sülhə xidmət etdiyi bir daha vurğulanıb.

Toplantıda 2025-ci il ərzində ölkəmizdə hərbi əməkdaşlıq çərçivəsində görülən işlərdən danışılıb, o cümlədən xarici dövlətlərin hərbi attaşelərinin iştirakı ilə cari il noyabrın 8-də Bakının Azadlıq meydanında Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad, ölkəmizin müxtəlif bölgələrində, eyni zamanda işğaldan azad edilmiş rayonlarda bərpa, yenidənqurma və inkişaf istiqamətində görülən işlərlə tanışlıq məqsədilə təşkil edilmiş səfərlər barədə bir daha geniş məlumat verilib. Növbəti ildə icra olunacaq fəaliyyətlər, həmçinin perspektiv planlar haqqında ətraflı fikir mübadiləsi aparılıb və hərbi attaşeləri maraqlandıran suallar cavablandırılıb.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

c2c238f9c0b9ce40327e213a58d417da

cb216810b5c790b6c83fe48118793f6a

35b3597361ae49e39124223aabd57fb2

Seçilən
17
31
poliqon.az

10Mənbələr