AZ

Milad yarmarkasında terror aktı hazırlamaq istəyib tutuldular

Lent az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Almaniyanın Bavariya bölgəsində Milad yarmarkasında terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə Bild nəşri məlumat yayıb. Saxlanılanlar üç mərakeşli, bir misirli və bir suriyalıdır. Nəşr yazır ki, onlar avtomobillə Milad yarmarkasının ərazisinə daxil olaraq hücum həyata keçirməyi planlaşdırıblar.

Qeyd olunub ki, terror aktının hazırlanması ilə bağlı məlumat Almaniya tərəfinə xarici xüsusi xidmət orqanı tərəfindən təqdim olunub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
4
lent.az

8Mənbələr