AZ

Almaniyada terror aktı planlaşdıran 5 nəfər həbs edildi

Almaniyada Aşağı Bavariyada Milad bazarında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.

"Cümə günü Dinqolfinq ərazisindəki Milad bazarında terror aktı planlaşdırdığı iddia edilən beş kişi həbs edilib", - deyə açıqlamada bildirilir.

Saxlanılanlardan üçü mərakeşli, biri misirli, bir isə suriyalıdır. Onlar Milad bazarına maşınla girməyi planlaşdırırdılar.

Seçilən
28
4
publika.az

8Mənbələr