AZ

Yarmarkada terror aktı hazırlamaq istəyənlər tutuldu

Almaniyanın Bavariya bölgəsində Milad yarmarkasında terror aktı hazırlamaqda şübhəli bilinən beş nəfər saxlanılıb.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.
 
Saxlanılanlar üç mərakeşli, bir misirli və bir suriyalıdır. Nəşr yazır ki, onlar avtomobillə Milad yarmarkasının ərazisinə daxil olaraq hücum həyata keçirməyi planlaşdırıblar.
 
Qeyd olunub ki, terror aktının hazırlanması ilə bağlı məlumat Almaniya tərəfinə xarici xüsusi xidmət orqanı tərəfindən təqdim olunub. Hadisə ilə bağlı araşdırma davam etdirilir.
Seçilən
29
4
moderator.az

8Mənbələr